Ruhun şad, Mekanın TANRIDAĞI olsun, Azerbaycan Türkleri'nin Kahraman Evladı !
http://www.youtube.com/watch?v=x3Rv4rvMkaI
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücayətlə Mübariz
Tək mina dolu təhlükəli sahəni keçdin
Azğın,yağı düşmənlərin qanını içdin
Əhsən sənə Türk oğlu vətən qəlbinə köçdün
Mərdliklə,igidliklə, ləyaqətlə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücayətlə Mübariz
Bir bəndə olarmı bu qədər alivə yüksək
Zalımlara zalım idi azizlərə kövrək
Bu hər kəsə olmur nəsib öz ömrünü sən tək
Sürsün saf ürəklə, səmimiyyətlə Mübariz.
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücayətlə Mübariz
Bir müjdə verildi ona taleh yazısından
Qurtuldu bu zalım həyatın hər acısından
Məğrurcasına keçdi şəhidlik qapısından
Öz ismini doğrultdu qətiyyət ilə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücayətlə Mübariz
Yazdı anaya məktub ürək fərmanı ilə
Son dəfə vidalaşdı əziz insanı ilə
Bir məktubuda torpağa yazdı qanı ilə
Qeyd etdi öz imzasını hörmətlə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücayətlə Mübariz
Göstərdiyi mərdlik və fədakarlığa uyğun
Rəhbərliyimiz ehtiram hissi ilə və dolğun
Təltif eldi milli igid qəhraman oğlu
Taxt qurdu ürəklərdə məhəbətlə Mübariz.
(https://www.hunturk.net/forum/rsm/4769-mubariz-1371067382.jpg)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvarda,onun adını daşıyan Lisey-məktəb kompleksi qarşısında qoyulmuş abidəsi.
TTK.
Ad günün kutlu olsun Mübariz İbrahim! Gökbörü Türkçüler Derneği
(https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1660226_481962461909523_931237907_n.png)